Bakının Nəsimi rayonunda iyunun 20-də Xaçmaz rayon sakini oğurluğa məruz qalıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, sakinin mobil telefonu, sənədi, bank kartı oğurlanıb. Daha sonra həmin kartdan 117 manat məbləğində alış-veriş edilib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Məmmədzadə saxlanılıb. Araşdırma davam edir.