Paytaxtın Nəsimi rayonunda avtoqəza baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
72 yaşlı Bella Qlilova yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.