Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
62 yaşlı İradə Babayeva yaşadığı binanın 4 və 5-ci mərtəbələrinin arasında quraşdırılan pəncərədən özünü atıb.
O, ailə üzvlərinə intihar edəcəyini dəfələrlə deyib. İ.Babayeva ağır depressiv vəziyyətdə olub.
Faktla bağlı araşdırmalar aparılır.