Bakının Nəsimi rayonunda yanğın baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan yarımstansiyanın ərazisində paylayıcı qurğunun giriş-çıxış kabelləri yanıb. Yarımstansiyanın digər hissələri yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.