Bakının Nəsimi rayonunda yerləşən çay evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 70 kv.m olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 kv.m sahədə, eləcə də dəhlizdə quraşdırılan elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı əriyib. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.