Nəsimi rayonunda avtomobil qəzası baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az məlumat verir.
“Kia” markalı maşın Vaqif prospekti ilə hərəkətdə olan zaman X.Şuşinski küçəsindən gələn “Land Cruiser” “Stop” nişanına məhəl qoymaraq kəsişməyə girib. Nəticədə avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_107000" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]