Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun X.Şuşinski küçəsində qeydə alınıb. “Chevrolet” markalı avtomobili idarə edən xanım yolu keçən piyadanı vurmamaq üçün, qəflətən manevr edərək “Toyota” markalı avtomobilə çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.