Yenilənib:
Kütləvi dava zamanı bıçaqlanan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar.
Şübhəli bilinən Orxan Zeynalov saxlanılıb. Onun barəsində araşdırmalar davam edir.
10:00 - Nəsimi rayonunda kütləvi dava baş verib
Paytaxtın Nəsimi rayonunda musiqi sifarişi ölümlə nəticələndi. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən restoranda baş verib. 35 yaşlı Cəsarət Vəliyev restoranda musiqi sifariş vermək istəyən zaman digər masada oturan şəxslərlə mübahisəsi yaranıb. Nəticədə mübahisə kütləvi davaya çevrilib, Cəsarət Vəliyev bıçaqla öldürülüb, 29 yaşlı Camal Həsənov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işinə başlanılıb. Şübhəli şəxslər axtarılır.