Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib. “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq eyni markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb, 1 yol nişanı sıradan çıxıb.
Təfərrüatlar araşdırılır.