Nəsimi rayonunda narkotik alverçiləri tutulublar. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 46 yaşlı Ramin Cəlilov, 28 yaşlı Bəxtiyar Eliyasov və 57 yaşlı Samir Sultanov saxlanılıblar. Onların üzərində ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Şübhəli şəxslər narkotikləri sosial şəbəkə vasitəsilə İran vətəndaşından aldıqlarını və satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.