Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Zahirə Həsənova “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qarşısına maneə çıxıb. Bu zaman avtomobil idarəetmədən çıxaraq öncə ödəmə terminalına, daha sonra binanın divarına çarpılıb. Nəticədə sərnişin Günel Bayramovanın çanağı, sürücünün isə qolu sınıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.