Bakının Nəsimi rayonunda “Daewoo” markalı avtomobildən oğurluq olub. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə avqustun 2-də S.Vurğun küçəsində qeydə alınıb. Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.