Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma “Seat” markalı minik nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobil tamamilə yanıb. Yaxınlıqda dayanan maşınlara ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.