Bakının Nəsimi rayonunda 3 avtomobildən və bir evdən oğurluq edilib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon ərazisində park olunan 3 avtomobildən və bir evdən pul, bank kartı və mobil telefonlar oğurlanıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.