Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 17-də yerləşən çay evlərinin birində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hadisə gecə saat 00:15 radələrində baş verib. Nurməmməd Ağayev Elnur Süleymanovu bıçaqlayıb. Qarın nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.