Bakının Nəsimi rayonu ərazisində yerləşən evin girişindən velosiped oğurlanıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə iyulun 30-da baş verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş Elmin Qasımzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.