Nəsimi rayonunda külək binanın şüşəsini sındırıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Rəşid Behbudov küçəsində baş verib. Güclü külək səbəbindən 15 mərtəbəli yaşayış binasının 13 mərtəbəsinin fasadında olan pəncərə şüşələri qırılaraq asılı vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Küləyin fəsadları aradan qaldırılıb.