Bakının Nəsimi rayonunda yerləşən mağazada oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, noyabrın 21-də mağazaların birindən mobil telefonlar oğurlanıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.