Nəsimi rayonunda narkotik alverinə qarşı növbəti əməliyyat keçirilib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 28 yaşlı Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb. Onda 2 kiloqram 355 qram heroin aşkar edilib. Tutulan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu Həsən adlı İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.
Araşdırmalar davam edir.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video-whatsapp-2024-02-24-v-11.21.13_92075a9a.mp4"][/video]