Bakının Nəsimi rayonunun Nizami küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobil “Mercedes” markalı yük maşınına çarpılıb. Toqquşma zamanı zərbə nəticəsində yük maşını aşıb. Yol hadisəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_110318" align="alignnone" width="640"]
Foto Report.az[/caption]