Bakının Nəsimi rayonunda yerləşən restoranların birində yanğın baş verib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Alışma çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 200 kv.m olan restoranda baş verib. Verilən məlumata görə, tüstü bacasında yağ qalıqları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.