Paytaxtın Səbail rayonunda 2 nəfər narkotik alverçisi tutulub. Bu haqda bu gün, 2 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini Elvin Bədəlov şübhəli şəxs kimi saxlanılıb. O, narkotik maddələri Oğuz rayon sakini Ruhin İbrahimovdan aldığını bildirib. Sonuncunun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma davam edir.
Bundan əvvəl, 30 oktyabr tarixində paytaxtın Nərimanov rayonunda “Batya” ləqəbli narkotacir saxlanılmışdır.