Paytaxtın Nizami rayonunda daha bir narkotacir saxlanılıb. Bu haqda bu gün, 5 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rəhman Abdullayev narkotik maddələrin satışı ilə məşğul olduğu barədə şübhələr yaranıb. Aparılan araşdırma zamanı qeyd olunan şəxsin üzərindən və Suraxanı rayonu Bakıxanov qəsəbəsində kiraladığı evdən ümumilikdə 1 kiloqram 267 qram heroin və metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.
Daha öncə, bu gün 5 noyabr tarixində paytaxtın Xəzər və Binəqədi rayonlarında narkotacirlər saxlanılmışdır.
[caption id="attachment_13023" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube səhifəsi[/caption]