Paytaxtın Qaradağ rayonunda narkoman sürücü aşkarlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini Pərviz Ağarzayev “Hyundai” markalı avtomobili idarə edərkən rayon ərazisində yerləşən postda saxlanılıb.
Sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunub.
Bundan əvvəl, paytaxtın Suraxanı rayonunda “rent a car” xidmətindən avtomobil götürərək narkotik maddənin təsiri altında idarə edən şəxs saxlanılmışdır.