Narkotik təsiri altında avtomobil sürən Bakı sakini tutulub. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakini İlqar Məcidov Abşeron rayonu ərazisində “JMC” markalı avtomobillə manevr qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik təsiri altında olduğu məlum olub.
Onun barəsində materiallar məhkəməyə göndərilib və o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.