Narkotik vasitənin təsiri altında avtomobil idarə edən Bakı sakini Xırdalan şəhəri ərazisində saxlanılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə dekabrın 28-də saat 12:00 radələrində baş verib. Qırxlar Bədəlov idarə etdiyi “BMW” markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində protokol tərtib edilərək 400 manat məbləğində cərimələnib.
Məhkəmənin qərarı ilə Bədəlov 2 il müddətinə sürücülülk hüququndan məhrum edilib.