Bakının Nəsimi rayonunda, Qoqol küçəsində ağac 2 avtomobilin üstünə aşıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Güclü külək səbəbindən ağac qırılaraq "Mercedes" və "Chevrolet Cruze" markalı avtomobillərin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.
Yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən aşan ağac ərazidən götürülüb.