Bakıda tanınmış tamada bıçaqlanıb. Bu haqda 2 iyul tarixində APA məlumat verib.
Nizami rayonunda yerləşən “Altun” şadlıq sarayında məclis aparan Yaqub Mehdiyevi toyda qonaq olan şəxs bel nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bıçaqlanan Mehdiyev “Natiq Dağlar oğlu” təxəllüsü ilə tanınan tamadadır.