Naxçıvan-Bakı reysi ilə hərəkət edən avtobusda külli miqdarda narkotik aşkarlanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Avtobus “Biləsuvar” gömrük postunda yoxlanışdan keçən zaman sərnişinlərdən birinə məxsus çantadan təmizləyici və yuyucu vasitələr qutusunda 2060 qram metamfetamin və 4328 qram heroin aşkarlanıb.
Şübhəli bilinən 2 nəfər saxlanılıb və onların şəxsi avtomobillərinə baxış keçirilib. Bu zaman oradan 1640 qram marixuana, 1,82 qram tiryək və 2 ədəd metal boru aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_88208" align="alignnone" width="640"]
Foto Dövlət Gömrük Komitəsi[/caption]