Paytaxtın Səbail rayonu, Neftçilər prospektində motosikletçinin ayağına dəmir girib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə “Toyota” markalı minik avtomobili və “Tufan” markalı motosiklet toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü, 28 yaşlı Elşən Babayevin ayağına motosikletin hissəsi girib.
Hadisə yerinə FHN-in əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
[caption id="attachment_81446" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]