Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində iki avtomobil toqquşub. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Volkswagen” markalı avtomobilin sürücüsünün sükan arxasında təzyiqi yüksəlib. Nəticədə o, idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Ərazidə sıxlıq yaranıb. İki nəfər xəsarət alıb. Araşdırmalar davam edir.