Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində evlərdən oğurluq edən 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qurban Məhərrəmov, Zaur Əliyev və Müşfiq Həmidov 3 evdən oğurluq ediblər. Daha sonra onlar oğurladıqları əşyaları onlayn satış saytına yerləşdiriblər. Evlərə ümumilikdə 3600 manat ziyan vurulub.
Faktla bağlı araşdırma aparılır.