Bakının Nəsimi rayonu, “Nizami” kinoteatrının qarşısında iki şəxs bıçaqlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
20 yaşlı Kənan Qasımov və 17 yaşlı Səid Orucov dava zamanı bıçaqlanıblar. Hər iki şəxs kəsilmiş-deşilmiş bıçaq yaraları ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.