Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində avtoqəza baş verib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi yolayrıcının üstünə çıxıb. Nəticədə avtomobilə ziyan dəyib, yolda hərəkətə maneə yaranıb.
Avtomobilin sürücüsü nəqliyyat vasitəsini hadisə yerində qoyub. Xəsarət alanlar barədə məlumat yoxdur.
Təfərrüatlar araşdırılır.