Bakıda polis polkovnik-leytenantı qəfildən vəfat edib. Bu haqda Oxu.az xəbər verib.
Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, 45 yaşlı polkovnik-leytenant Elşad Rəcəbov 3 yanvar tarixində qəfildən dünyasını dəyişib. Məlum olub ki o, səhər saatlarında özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da vəfat edib.
Faktla bağlı araşdırma davam edir.
Oxşar hadisə dekabrın 27-də baş vermişdir. Nizami Rayon Polis İdarəsinin daha bir əməkdaşı qəfildən vəfat etmişdir.