Paytaxtın Nizami rayonunda tapança satmaq istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 20 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bakı şəhər sakini Elxan Soltanov 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və darağı 2000 manata satmağa çalışarkən tutulub.
Faktla bağlı araşdırmalar davam edir.