Paytaxtın Nizami rayonunda birmərtəbəli yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 110 kv.m olan 2 otaqlı evin 1 otağı 18 kv.m sahədə alışıb. Alov tikiliyə bitişik olan digər evin pəncərəsinə ziyan vurub. 2 nəfər təxliyə olunub. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.