Bakının Nizami rayonunda uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
5 yaşlı Nazpəri Seyidova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.