Paytaxtın Nizami rayonunda minik avtomobili yanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.