Bakı şəhəri Nizami rayonunda yerləşən avtoyuma məntəqəsində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumatı bu gün, 8 noyabr tarixində yayıb.
Ümumi sahəsi 12 kv.m olan tikilidə 1 kv.m döşəmə və divarı yanıb, tavanda olan lambirin əriyib.Hadisə yerinə FHN yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb. Avtoyumanın qalan hissəsi və bitişik tikilləri yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
Daha öncə, 5 noyabr tarixində Binəqədi rayonunda birmərtəbəli yaşayış evində yanğın baş verib.