Bakıda gənc oğlan bıçaqlanıb. Bu haqda 2 noyabr tarixində bizim.media xəbər verib.
Hadisə Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 41 ünvanında qeydə alınıb. 27 yaşlı Nahid Çobanzadə əlbəyaxa dava zamanı bıçaqlanıb. Gənc oğlanın dostu ona kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.