Keçmiş məhkum Bakı sakininin bank hesabından pul oğurlayıb. Bu haqda 27 iyun tarixində Report məlumat verib.
Nizami rayonunda iyunun 22-də Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.