Nizami rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində baş verib. Nəticədə 8 ədəd elektrik sayğacı və kabellər yanıb. Mənzillərə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.