Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, 55 yaşlı Rəsul Yusifli kəsilmiş-deşilmiş xəsarətlərdən dünyasının dəyişib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 30 yaşlı Pərvin Yusifli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.