Paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən "Şahzadə" şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 noyabr tarixində APA məlumat yayıb.
İşçi heyətində olan Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edib. Bu zaman C.Quliyev onları aralamaq istəyən Asəf Fərzəliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb. Şübhəli şəxs axtarılır.