Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən köşklərdən birində oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 12 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.
Bakı şəhər sakini O.İbrahimov yardım üçün yığılan pul qutusunu oğurlayıb. Orada 350 manat pul olub.
Bundan əvvəl, 11 noyabr tarixində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manatlıq oğurluq olmuşdur.