Paytaxtın Nizami rayonunda fevralın 13-də qadın meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 100 yaşlı Soltan Mansurovanın meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.