Paytaxtın Nizami rayonunda 7 fevral tarixində kişi meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 65 yaşlı Yusif Xəşimovun meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.