Bakının Nizami rayonu, “Qara Qarayev” metro stansiyası ərazisində yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, alışma üçmərtəbəli fərdi yaşayış binasında qeydə alınıb. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
17:08 - Yenilənib
Yanğın söndürülüb.