29 sentyabr tarixində Bakıdakı marketdə vaxtı ötən məhsullar aşkarlanıb. Bu haqda Oxu.Az saytı xəbər verib.
Nizami rayonu, “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən “Nərmin” marketin müştəriləri burada saxlanma müddəti keçmiş məhsulların satıldığını aşkar ediblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məsələylə bağlı araşdırma aparır.